Лазерная хирургия и эстетика в Баку ГлавнаяРегистрацияВход

Для справок Вы можете связаться с доктором центра по телефону.      (055) 909 19 19.

При желании Вы можете сфотографировать и  выслать фотографию своей проблемы, или скан анализов, для получения анонимной консультации на почту:   

 jamilb@yandex.ru


 
  
 
                                                                       Babasil
 

 

Babasilin ilkin əlamətləri qeyd edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.

 

Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir. Hemorroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.
Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan – düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı (nəcisin xaric edilməsi) zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər. Bəzi hallarda hemorroidal qanaxmalar güclü də ola bilər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmaları nəticəsində onların boğulması baş verir.Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır.
Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi ilk hallarda insanların yol verdiyi ən böyük səhv, onların həkimə gec müraciət etməsidir. Bir çox insanlarda belə bir səhv fikir formalaşmışdır ki, babasil qorxulu xəstəlik deyil. bu xəstəlik zamanı baş verə bilən fəsadların bir hissəsinin qeyd edilməsi yəqin ki, bu firkin səhv olduğunu zənn etməyə imkan verir. 

Bundan başqa, yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrı hissiyyatının qeyd edilməsi yalnız babasil deyil, ondan daha qorxulu olan (məsələn, düz bağırsaq xərçəngi) xəstəliklərin də əlaməti ola bilər.Babasilin ilkin əlamətləri qeyd edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.

 

 

Babasilin risk faktorları

 

-       xəstəliyə irsi meylliliyin olması;

-       bədən çəkisinin normadan artıq olması;

-       uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;

-       ağır əşyaların qaldırılması;

-       xroniki qəbizlik;

-       alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;

-       tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;

-       təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s.

 

 

Qeyd etmək lazımdır ki, babasil xəstəliyinin profilaktikası, digər bağırsaq xəstəlikləri kimi, dişlər və mədə xəstəliklərinin profilaktikası olmadan aparıla bilməz.

 

                                                     

 

                                            Babasilin 4 mərhələsi

 

 

                                                         

 

 

 

 

                                   Babasil xəstəliyin müalicə üsulları

 

 

 

Xəstəliyin birinci mərhələsində olan pasiyentlər üçün tədbiq edilən müalicə üsulları : flebotropic preparatlarla konservativ müalicə, infraqırmızı (lazer) fotokoaqulyasiya , lateks halqası ilə əməliyyatsız müalicə və skleroterapiya. Lateks halqası ilə əməliyyatsız müalicə həkim-koloproktoloq tərəfindən ambulator və stasionar şəraitdə həyata keçirilir. Xəstəliyin ikinci mərhələsində lazer koaqulyasiyası və lateks halqası ilə əməliyyatsız müalicə mümkündür. Üçüncü və dördüncü mərhələlərdə cərrahi müdaxilə olunmalıdır.

 

 

                                MediLaz  klinikasında aparılan müalicələr

Bizim klinikada Siz retromonoskop vasitəsi  ilə ( işığ ilə təchiz olunmuş optik cihaz ) tam ağrısız və heç bir rahatsızlığ hiss etmədən müayinədən keçə bilərsiniz. Daxildə 1-3 mərhələyə  aid hemoroidal düyünlər aşkar olunduğda lateks xalqası ilə əməliyatsız üsulun tətbiqi mümkündür. Hətta bir neçə düyün aşkar olunduğda bu üsul tətbiq oluna bilər.Siz ağrı və diskomfortdan azad olursuz.Düyünlər bir neçə gün ərzində özləri qopub düşür.Siz isə heç bir narahatçılığ hiss etmədən adi həyat tərzinizə davam edirsiniz.

Xəstəliyin 4 - cü mərhələsində bizim tibb mərkəzində Lazer vasitəsi ilə əməliyat oluna bilərsiniz. Bu əməliyat qısa bir vaxta həyata keıirilir və sağalma müddəti 2-3 gün çəkir.Qanaxma xalları olmur. Cümə günü koaqulyasiyası olunan kəs bazar ertəsi işə şıxa bilər.

 

   

Lateks xalqasın prinsipi                                                                                 Lazer koaqulyasiyasının prinsipi

 

 

 

 

           

Hüseynov İlgar Xəlil oğlu - cərrah. Yüksək dərəcəli.  İzraildə keçdiyi kvalifikasiyanın şəhadətnaməsi                                

 

 

 BIZIM  YENILƏNMIŞ SAYTA KEÇİN
 

Babasilin lazerin vasitəsi ilə götürülməsinin vidiosu!!!!

 

 

 

 

 

 

Nəzərnizə çatdırmaq istəyərdik ki, bizdə həm qadın həm də kişi həkimləri çalışır.

 

 

Пятница, 22.02.2019, 03:26
Bədəlov Cəmil
Бадалов Джамиль

Дипломы и Сертификаты
ЭСТЕТИКА лазер
ЛОР БОЛЕЗНИ лазер
Гланды,Аденоиды лазером

Перегородка носа

Храп-Избавление!!!

Полипы в носу

Вазомоторный ринит Избавление от капель!
ЛАЗЕРНАЯ ХИРУРГИЯ
SÜNNƏT лазером

Гемморой
Посещаемость
Copyright MyCorp © 2019