Лазерная хирургия и эстетика в Баку ГлавнаяРегистрацияВход

Для справок Вы можете связаться с доктором центра по телефону.      (055) 909 19 19.

При желании Вы можете сфотографировать и  выслать фотографию своей проблемы, или скан анализов, для получения анонимной консультации на почту:   

 jamilb@yandex.ru


 
                                                                                      


Burun çəpəri (septum)
Burun çəpəri burun boşluğunu ortadan iki yerə bölür - qığırdaq və sümük hissələrinə. Müəyyən səbəblərdən ( zədə, bir sıra xəstəliklər, anormal quruluş və s. ) çəpərdə əyrilik əmələ gələ bilir. Bu hallarda septumun həm qığırdağı həm də sümüklü hissəsi  müxtəlif istiqamətlərdə əyilir və insanın nəfəs almaq qabiliyəti üçün ciddi maneələr törədilir. Burun boşluğunun sağ və sol,  yəni hər iki tərəfi  nadir hallardatutulur ( septumun mürəkkəb  deformasiyası ), daha çox hallarda isə yalnız bir tərəfi deformasiyaya uğrayır( sadə forması ). 
Boşluğun bir payında daralma prosesi baş verərkən ( çəpərin əyilməsi nəticəsində ) əks tərəfində aşağı və orta konxaların ( balığ qulağı ) silikli gişası böyüməyə başlayır, bu isə yaxın gələcəkdə  balığ qulağını "konxanın hipertrofiyası" adlanan halına gətirir (yəni balığ qulağı normal ölçusünə nisbətən 3-4 dəfə böyüyür ).
Baş verənlərin nəticəsində burun boşluğunun hər iki keçidi daralır. O zaman insan nəfəsi ağızdan almalıdır. Nəticədə  isə arzu olunmaz xoruldama və tez-tez boğaz xəstəlikləri əmələ gəlir (hava burundan kecə bilmədiyinə görə istilənmir). Ondan başqa  silikli qişalar uzun müddət hipertrofik vəziyyətdə qalanda uzərində pollip adlanan törəmələr əmələ gəlir, mikroblar  və viruslar yayılır. Yerli qan dövranı pozulur, silikli qışasının müqaviməti və digər xüsusiyyətlərinin keyfiyyəti aşağı düşür. 
Bütün bunlar burun-boğaz boşluğunda anormal floranın çoxalmasına,  nəticədə farinqit və tonzilit xəstəliklərin tez-tez əmələ gəlməsinə, burun boşluğu ilə təmasda olan qulağ boşluğunun iltihabına, qanda oksigen miqdarının azalmasına, yuxu zamanı xorultu, boğulma halları, haymorit, frontit,  hətta astma kimi xəstəlikləri  əmələ gətirir. 



                                                                                                                                                                                                                              
           Ən çox rast gələn "çəpər sindromunun" gələcəkdə ağırlaşması.
Çəpər sınıb bir tərəfin nəfəs yolunu tutanda xəstə o biri tərəfi ilə rahat nəfəs ala bilir. Lakin bir neçə ildən sonra boşalmış tərəfin konxaların (balıq qulaqları) həcmi artır, toxunmaları hipertrofiya olur, yəni böyüyür
(burunda artığ ət) və nəfəs yollarını  tutur. Nəticədə xəstə üçün hər iki tərəfilə də nəfəs almaq qeyri mümkün olur. O zaman "Naftizin","Ksimelin" və s. tanınmış burun damcıları bir müddət pasientə bir qədər kömək edir lakin bu da təəssüflər olsun ki, müvvəqəti vəziyətdir. Axırda çəpər cərrahi əməliyat yolu ilə düzəlməli və o biri tərəfin hipertrofik konxa ( el arasında "burunda artığ ət" deyilir ) götürülməlidir.



             
            Bu isə çəpərin "ağır" sınığıdır. "S" vari sınığın nəticəsində burunun hər iki tərəfi tutulur və xəstə sınığ baş verən gündən nəfəs ala bilmir.



 
Müalicə üsulları.
Çox təəssüf ki, burun çəpərini yalnız  əməliyyat yolu ilə düzəltmək mümkündür. Əməliyyat zamanı əyri olan sümük və qığırdağ hissələri xaric olunur, düzəldilir və geriyə yerləşdirilir. Keyfiyyətli əməliyyat nəticəsində septum düz və bütöv alınmalıdır. Bəzi hallarda əməliyyatdan sonra çəpərdə deşiklər və flotasiyalar əmələ gəlir. Bu arzu olunmazdır və cərrahın kifayət qədər təcrübəsi olmadığını bildirir.
Lazer texnologiyalarını tətbiq etməklə bu əməliyatları xəstə üçün daha rahat, qansız və ağrısız həyata keçirmək mümkündür.  Pasiyent xəstəxanada yatmalı olmur və əməliyyatdan sonra dərhal evə buraxılır.
Пятница, 22.02.2019, 03:58
Bədəlov Cəmil
Бадалов Джамиль

Дипломы и Сертификаты
ЭСТЕТИКА лазер
ЛОР БОЛЕЗНИ лазер
Гланды,Аденоиды лазером

Перегородка носа

Храп-Избавление!!!

Полипы в носу

Вазомоторный ринит Избавление от капель!
ЛАЗЕРНАЯ ХИРУРГИЯ
SÜNNƏT лазером

Гемморой
Посещаемость
Copyright MyCorp © 2019